Rusiyanı yeni “Çernobıl” gözləyir – Xəbərdarlıq
Rusiyanı yeni “Çernobıl” gözləyir – Xəbərdarlıq
24 İyul 2019 11:07 DünyaRusiyanı Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışla müqayisə ediləcək fəlakət gözləyir.
Olaylar.az xəbər verir ki, bunu "İzvestiya" qəzetinə açıqlamasında Rusiya Təbiətin İdarəolunmasına Nəzarət Federal Xidmətinin rəhbəri Svetlana Radionova deyib. O, yeni fəlakətin İrkutsk vilayətindəki "Usolyeximprom" müəssisəsində yarana biləcəyini deyib. Onun sözlərinə görə, adıçəkilən müəssisə xlor və digər kimyəvi elementlər istehsal edir və müəssisə civə ilə güclü şəkildə çirklənib:
"Bu müəssisənin tullantıları Anqara çayını çirkləndirə bilər. Bu gün fəaliyyətə keçmək lazımdır, əks təqdirdə biz ekoloji "Çernobıl" əldə edəcəyik".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31