Məşhur aktyor öldü
23 İyul 2019 17:48 DünyaAmerikalı aktyor David Hedison 93 yaşında vəfat etdi.
İki Bond filmində CIA agenti Feliks Leiter rolunu canlandıran amerikalı aktyor David Hedison Los Ancelesdə 93 yaşında vəfat edib. Bu barədə aktyorun ailəsi məlumat yayıb.
Qeyd edək ki, D.Hedison iyunun 18-də vəfat edib. Aktyor evlidir iki qız övladı var.
David Hedison 1927-ci ildə Rod-Aylendin ştatının Providens şəhərində anadan olub. Aktyora məşhurluğu "Dənizin dibinə səyahət" (Voyage to the Bottom of the Sea, 1964-1968) serialındakı kapitan Krayna rolundan sonra qazandı.
yeniavaz
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31