Zelenskidən Türkiyəyə JEST

Zelenskidən Türkiyəyə JEST

Ukrayna prezidenti Vladimir Zelenski Türk inşaat şirkətlərini tərifləyib.

Olaylar.az  xəbər verir ki, V.Zelenski Ukraynanın Dnepr şəhərində aparılan yoxlama zamanı yol inşaatındakı problemlərə toxunub. O, bu məsələdə Türk şirkətlərinin peşəkar olduğunu bildirib: "Normal bir şirkətlə, məsələn bir Türk şirkəti ilə əməkdaşlıq edə bilərsiniz. Bu işi rahatlıqla onlara həvalə edin".

Yolların düzəldilməsi üçün təlimat verən dövlət başçısı Türk şirkətləri ilə əməkdaşlıq etməyi tövsiyyə edib: "Xahiş edirəm bu yolu necə edəcəyimizi mənə deyin. Bəhanələr gətirməyin. Türk şirkətləri ilə əməkdaşlıq edin".

Yeniavaz.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31