Şahzadə telefonunu əlinə alıb himni qulaqardına vurdu - Foto
Şahzadə telefonunu əlinə alıb himni qulaqardına vurdu - Foto
23 İyul 2019 15:50 DünyaBelçika şahzadəsi Loranın hərbi paradda dövlət himni səsləndirilərkən messenger tətbiqinə qoşularaq kiməsə zəng etməsi ciddi müzakirələrə səbəb olub.
İnsident 21 iyulda Belçikanın azadlığının 188 illiyi münasibətilə keçirilən tədbirdə baş verib.
Mərasimdə Loranın qardaşı, kral Filipp də daxil olmaqla kral ailəsinin digər nümayəndələri də iştirak edib.
.jpg)
Tədbirə hərbi formada qatılan 55 yaşlı şahzadə himn ifa olunar-olunmaz mobil telefonunu əlinə alaraq zəng edib. Lakin o, həyat yoldaşının xəbərdarlığından sonra telefonunu cibinə qoyub.
Nəşr yazır ki, bu, şahzadə Loranın iştirakı ilə baş vermiş artıq üçüncü analoji hadisədir. Hətta o, 2014-cü ildə tədbir zamanı yuxulayıb.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31