Ukraynada ilk qaradərili millət vəkili: Zelenski Olimpiya mükafatçısını deputat seçdirdi

Ukraynada ilk qaradərili millət vəkili: Zelenski Olimpiya mükafatçısını deputat seçdirdi

Ukrayna Ali Radasına ölkə tarixində ilk dəfə qaradərili deputat seçilib.

Yerli medainın verdiyi məlumata görə, bu 28 yaşlı yunan-Roma güləşçisi Jan Belenyukdur.

İdmançı-deputat prezident Vladimir Zelenskinin "Xalqın xidmətçisi" partiyasında 10-cu sırada namizəd göstərilib. Partiyanın seçkilərdə yüksək səs alması onun parlamentə keçməsinə haqq qazandırıb.

Qeyd olunur ki, Jak Belenyuk Kiyevdə anadan olub. Onun anası ukraynalı, atası isə ruandalıdır. Sonucunun 1994-cü ildə Afrika ölkəsində gedən vətəndaş müharibəsi zamanı həlak olduğu bildirilir.

Yunan-Roma güləşi üzrə ölkənin tanınmış isimlərindən sayılan Jak Belenyuk parlament üzvü olduqdan sonra da idman karyerasını bitirmək fikri olamıdğını deyib. 2016-cı ildə o, Ukraynanı Rio-de-Janeyroda keçirilən Yay Olimpiya oyunlarında uğurla təmsil edib və gümüş medal mükafatçısı olub. Hazrıda isə deputat-güləşçi 2020-ci il Tokio olimpiyadasına hazırlaşır. Seçkilərdən qabaq Jan Belenyuk Minskdə keçirilən Avropa oyunlarında birinciliyi qazanıb.

"Xalqın xidmətçisi" partiyasının deputatı "AvroMaydan"dan öncə "çox da vətənpərvər duyğuları" yaşamadığını etiraf edir. Lakin o, həmin dövrdə etiraz aksiyalarında iştirak etməsə də, onlara simpatiya bəslədiyini bildirib. Bir vaxtlar prezident Pyotr Poroşenkonun tərəfini tutan ukraynalı idmançı sonradan onun siyasətindən məyus olduğunu söyləyib.

Xatırladaq ki, Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski də siyasət cəbhəsində deyil, mədəniyyət sahəsində daha çox tanınıb. Dövlət başçısı uzun illər ölkənin populyar "Şən və hazırcavablar klubu"nun kapitanı olub. Bundan başqa, o, bir sıra filmlərdə baş rolu ifa edib.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31