Ukraynada səslərin 95 faizi sayıldı – Nəticələr
Ukraynada səslərin 95 faizi sayıldı – Nəticələr
23 İyul 2019 14:54 DünyaUkraynada keçirilən növbədənkənar parlament seçkilərində Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası 43.13 faiz səslə liderlik edir.
Olaylar.az xəbər verir ki, bu barədə səslərin 95,01 faizinin nəticələrinə əsasən, Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Hazırkı nəticələrə əsasən daha 4 partiya parlamentə düşə bilib. Həyat Uğrunda Müxalif Platforma 13.06 faiz, Batkivşina 8.18 faiz, Avropa Həmrəyliyi 8.12 faiz, Səs Partiyası isə 5.84 faiz səs toplayıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31