Rusiyada helikopter qəzaya uğradı
Rusiyanın Adıgey Respublikasının Taxtamukay rayonunda Mi-2 helikopteri qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, bu barədə respublikanın fövqəladə hallar xidməti məlumat yayıb.
"Helikopterin pilotu yaralanıb və o xəstəxanaya yerləşdirilib", - məlumatda qeyd olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.
axar