Avropanın 14 ölkəsi razılığa gəldi
Avropanın 14 ölkəsi razılığa gəldi
23 İyul 2019 12:08 DünyaAvropa Birliyinin 14 üzv dövləti Aralıq dənizində xilas edilən qaçqınların paylaşdırılmasını nəzərdə tutan mexanizmi qəbul edib.
Olaylar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron açıqlayıb.
Prezident əlavə edib ki, 14 ölkədən 8-i yeni mexanizmə aktiv qatılmağa söz verib.
Məlumata görə, yeni mexanizmi Fransa, Almaniya, İspaniya, İrlandiya, Finlandiya, Litva, Xorvatiya, Lüksenburq qəbul edib.
Bu mexanizmə qarşı ən çox İtaliya çıxıb. İtaliya xarici işlər naziri Matteo Salvini Parisdə keçirilən toplantını boykot edib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31