Türk diplomatı öldürənlər edam olunacaq – Qərar
Türk diplomatı öldürənlər edam olunacaq – Qərar
23 İyul 2019 11:53 Dünyaİraqın Ərbil şəhərində türk diplomatını şəhid edən cinayətkarlar edam olunacaq.
Olaylar.az xəbər verir ki, qatil terrorçulardan ikisi saxlanılıb, üçüncü şəxs isə axtarılır.
İraq hüquq mühafizə orqanları bildirirlər ki, cinayətkarlar edam olunacaq.
Xatırladaq ki, Türkiyənin Ərbil konsulluğunun əməkdaşı Osman Köşə yanındakı iki İraq vətəndaşı ilə restoranda terror hücumuna məruz qalıb və şəhid olub.
Terror hücumunu təşkil edənlərdən Mazlum Dağ və ona köməklik edən Məhəmməd Biykez saxlanılıb. Cinayətkarları hadisədən sonra avtomobillə qaçıran üçüncü şəxs isə axtarışdadır.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31