Hicablı konqresmen Trampın impiçmentini istədi
Hicablı konqresmen Trampın impiçmentini istədi
16 İyul 2019 13:46 DünyaABŞ Prezidenti Donald Trampın impiçmenti üçün yaxşı vaxtdır.
Olaylar.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin ilk hicablı vəkili Somali əsilli İlhan Omar deyib.
Onun sözlərinə görə, Tramp insan hüquqlarını pozduğu üçün vəzifəsindən uzaqlaşdırılmalıdır.
"Tramp ABŞ-ın bütün tarixi boyu ən çox korrupsiyalaşmış administrasiyası olan prezidentdir. Bu prezidentin impiçmentinin vaxtı çatıb", - Omar bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31