Burak Özçivit yeni rolu üçün azərbaycanlıdan dərs alır
Burak Özçivit yeni rolu üçün azərbaycanlıdan dərs alır
16 İyul 2019 11:40 DünyaBurak Özçivit baş rolu canlandıracağı "Diriliş Osman" serialı üçün azərbaycanlı idmançı Rahim Muradovdan dərs alır.
Olaylar.az xəbər verir ki, məşhur aktyor Osman Qazi rolu üçün bir ildir at minmə, döyüş, qılınc oynatma və tarix dərsləri alır. Məlum olub ki, ulduz həftənin beş günü 8 saat məşq edir.
Burak Özçivit döyüş və qılınc oynatma dərslərini beynəlxalq xoreoqrafiya qrupu "Nomad Qrupu"nun məşqçisi Rəhim Muradovdan alır. O, eyni zamanda at minmə və oxatmada da özünü inkişaf etdirib. Bununla yanaşı Özçivitə tarixçilər və sosioloqlar da dərs verir.
publika



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31