Bir ailənin 3 üzvü tortdan zəhərləndi
Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Olaylar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Bir ailənin 3 üzvü tortdan zəhərlənib. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstələrin vəziyyətin orta-ağır olduğu bildirilib.