Putinin qarşısına qırmızı corabla çıxdı: Lağ obyekti oldu

Putinin qarşısına qırmızı corabla çıxdı: Lağ obyekti oldu

İngilis qəzeti "Financial Times"-ın Moskvadakı bürosunun rəhbəri Henry Foy Rus lider Vladimir Putin ilə etdiyi reportaja qırmızı corabla getməsi sosial media istifadəçilərinin diqqətindən qaçmayıb.
 
Rusiyanın lideri Putin "Financial Times"-ın Moskvadakı bürosunun rəhbəri Henry Foy və jurnalist Lionel Barberin Türkiyədən ABŞ-a, Avropa Birliyindən (AB) Suriyaya, İngiltərə ilə yaşanan "Skripal böhranından" İrana qədər bir çox mövzudakı suallarına cavab vermişdi.
 

 "Financial Times"-ın 90 dəqiqəlik görüntülü uzun versiyasını yayımlayandan sonra ortaya çıxan bir fotoşəkil hər kəsin diqqətini cəlb edib. O görüntüdə qəzetin Moskva büro şefi Henry Foyun Putinin qarşısına qırmızı corab geyərək çıxması sosial media istifadəçiləri tərəfindən lağ obyektinə çevrilib və çox paylaşılan mövzu olub.
 

Müxalifət.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31