Aleksandr Volkov: "Gürcüstan borcunu ödəyənədək Rusiya hava məkanı bu ölkənin şirkətlərinə qapalıdır"

Aleksandr Volkov: "Gürcüstan borcunu ödəyənədək Rusiya hava məkanı bu ölkənin şirkətlərinə qapalıdır"

"Gürcüstan borcunu tam ödəyənədək Rusiya hava məkanı bu ölkənin hava yolları şirkətlərinə qapalı qalacaq".

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aleksandr Volkov bildirib. 
O qeyd edib ki, qadağa həm də uçuşların təhlükəsizliyi ilə bağlıdır.

"Uçuşların dayandırılması Gürcüstan tərəfi borclarını tam ödəyənədək, həmçinin "Georgian Airways" və "MyWay" hava yolu şirkətlərinin təhlükəsizlik proqramında və auditində Rusiya nümayəndələri təmsil edilənə qədər davam edəcək", - deyə A. Volkov bildirib.
Qeyd edək ki, Rusiya Nəqliyyat Nazirliyinin qərarına əsasən, bu gündən Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31