Rusiyanı “Avroviziya”da təmsil edən müğənni Ukraynada deputat ola bilər
Rusiyanı “Avroviziya”da təmsil edən müğənni Ukraynada deputat ola bilər
30 İyun 2019 22:26 DünyaMüğənni Anastasiya Prixodko Rada üçün keçiriləcək seçkilərdə Vinnitsa seçki dairəsində "Batkivşina" partiyasının namizədi ola bilər.
Bu barədə UNİAN Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir.
Anastasiya Prixodko 2007-ci ildə Rusiyanın "Ulduzlar fabriki-7" televiziya şousunda qələbəsindən sonra şöhrət qazanıb. 2009-cu ildə müğənni Rusiyanı "Mamo" mahnısı ilə "Avroviziya" mahnı müsabiqəsində təmsil edib və 11-ci olub.
Bu ilin fevral ayında Prixodko müsabiqədə Rusiya adından iştirak etdiyi üçün təəssüfləndiyini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31