ABŞ-dan “Huawei”ə daha bir zərbə
ABŞ-dan “Huawei”ə daha bir zərbə
28 İyun 2019 15:06 DünyaHuawei şirkətinə ABŞ məhkəmələrinə müraciət etmək qadağan oluna bilər.
Olaylar.az bildirir ki, Gagadget saytında yer alan məlumata görə, amerikalı senator və respublikaçı Marco Rubio "Dövlət müdafiəsinə icazə qanunu"-na dəyişikliyin edilməsi sorğusunu göndərib. Yeni düzəliş Huawei şirkətinə onun patentlərindən istifadəyə görə lisenziya ödənişlərinin edilməməsi özəlliyini özündə daşıyır.
Lisenziya ödənişlərinin edilməsi üzrə məsələ Huawei şirkəti ilə ABŞ-ın Verizon mobil operatoru arasındakı konfliktdən sonra aktual oldu.
Huawei şirkəti şəbəkə təchizatı, strukturu və internet texnologiyaları sahəsində istifadə edilmiş patentlərə görə Verizon şirkətindən 1 milyard dollar ödəniş tələb edir.
Lakin, Marco Rubio Huawei şirkətinin bu tələbini əsassız adlandırıb və xəbərin əvvəlində olan düzəlişin baxılmasını təklif edib.
Bu düzəliş Huawei şirkətinin təzminat tələbi məsələlərində ABŞ məhkəmələrinə müraciətini sonlandıra bilər.