Türkiyədə keçmiş hərbçilərə 141 il iş kəsildi
Türkiyədə keçmiş hərbçilərə 141 il iş kəsildi
20 İyun 2019 20:51 DünyaTürkiyədə 15 sentyabr 2016-cı ildə dövlət çevrilişinə cəhdə rəhbərlik etmiş 16 nəfər 141 il müddətinə (ömürlük) azadlıqdan məhrum edilib. Onlar cəzalarını ciddi rejimli həbsxanada çəkəcəklər.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ankaranın ağır cinayətlər üzrə 17 saylı məhkəməsi dövlət çevrilişinə cəhd zamanı Türkiyə SQ Baş Qərargahında özünə yer etmiş FETÖ tərəfdarlarına hökm oxuyub.
Hökm Ankaranın Sincan rayonunun həbsxana binasında səsləndirilib. Ümumilikdə, iş üzrə şübhəlilərin sayı 224 nəfər təşkil edir. Onlar arasında Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı Akın Öztürk də yer alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31