Zelenski jurnalistlərə kabinetindəki bərbər kürsüsünü göstərdi
Zelenski jurnalistlərə kabinetindəki bərbər kürsüsünü göstərdi
20 İyun 2019 20:27 DünyaUkrayna Prezidenti Vladimir Zelenski jurnalistlər çün administrasiyadakı kabinetinə ekskursiya təşkil edib.
Olaylar/az qafqazinfo-ya istinadən xəbər verir ki, o, KİV nümayəndələri ilə söhbət edərkən bu cür gəzintilərə qanunla icazə verilib-verilmədiyini bilmədiyini etiraf edib.
Prezident kabinetində gülməli əşyanın olduğunu deyərək jurnalistləri digər otağa dəvət edib. O, bərbər kürsüsü ilə əl-üz yuyan çanağı göstərərək bu əşyaların, ümumiyyətlə, administrasiya binasında nə üçün olduğunu anlamadığını bildirib: "Evdə də duş qəbul etmək olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31