Polşa avrodan imtina edib
Polşa avrodan imtina edib
13 May 2019 15:24 DünyaPolşa yaxın gələcəkdə milli valyutanı avroya dəyişməyəcək.
Olaylar.az bildirir ki, "Hüquq və ədalət" hakim partiyanın rəhbəri Yaroslav Kaçinskinin fikrincə, ölkənin avroya keçməsi üçün iqtisadi inkişaf baxımından Almaniyaya çatması lazımdır.
Kaçinski qeyd edib ki, zlotı ölkənin milli iqtisadiyyatının bir növ qoruyucusu kimi çıxış edir. Onun sözlərinə görə, milli valyutanı qorumaq lazımdır.
Qeyd etmək lazımdır ki, polyakların əksəriyyəti ümumavropa valyutasına qarşı çıxır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31