İki deputatın diplomu saxta çıxdı
İki deputatın diplomu saxta çıxdı
13 May 2019 14:46 DünyaOnlar tutduğu vəzifələrdən azad olunub
Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində iki deputatın saxta diploma sahib olduğu aşkar edilib.
Pıt-Yaxa şəhər dumasının deputatları Marsel Timqanov və Dmitri Avdeyenko yerli müəssisələrdən birinə vəzifəyə təyin olunarkən saxta diplom təqdim ediblər.
Prokurorluğun apardığı araşdırmalar nəticəsində onlar tutduğu vəzifələrdən azad olunub.
Qeyd olunur ki, yanvar ayında Pıt-Yaxa şəhər dumasının daha bir deputatında saxta diplom aşkar olunmuşdu.(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31