İran ABŞ-ı zərbə ilə təhdid edir
İran ABŞ-ı zərbə ilə təhdid edir
13 May 2019 13:32 DünyaVaşinqton Tehrana qarşı hər hansı hərbi aksiya keçirsə, İran ABŞ-a zərbə endirəcək.
Olaylat.az bildirir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri general Hüseyn Salami xəbər verib.
Salami bildirib ki, onun fikrincə, ABŞ riskə getməyəcək və təyyarə daşıyıcılarını İrana qarşı istifadə etməyəcək.
Bununla yanaşı, o, İranın "müdafiə qabiliyyətinin adekvat və kifayət qədər" olduğunu, Amerika təyyarə daşıyıcılarının isə həssas olduğunu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31