"Blue Moon"- Ay səthinə eniş edəcək
"Blue Moon"- Ay səthinə eniş edəcək
13 May 2019 13:30 DünyaAmazon şirkətinin təsisçisi Jeff Bezos Ay səthinə eniş üçün nəzərdə tutulmuş kosmik aparatın prototipini təqdim edib.
Olaylar.az bildirir ki, Bezosun Blue Origin adlı aerokosmik şirkəti tərəfindən hazırlanmış bu kosmik aparat "Blue Moon" adlanır.
"Bloomberg" və "CNBC"də yer alan məlumata görə, Bezos kosmik aparatın 3.6 ton ağırlığında faydalı yük daşımağa və Ay səthindən orbitə süni peykləri buraxmağa qadir olduğunu deyib.
Bezos eniş modulu üçün nəzərdə tutulmuş BE-7 adlı yeni mühərrik modelini də təqdim edib. Mühərrikin testləri bu ilin yay fəslində reallaşdırılacaq.
Növbəti mərhələdə şirkət "Blue Moon"un ayın səthinə eniş üçün nəzərdə tutulmuş versiyasını hazırlamalıdır. Bezos ümid edir ki, bu cür missiyalar artıq 2024-cü ildə mümkün olacaq.
Təsisçi, sözügedən cihazın ilk uçuş tarixi barəsində heç bir məlumat verməyib.