Ramzan Kadırov iftarda Nurməhəmmədovun imamlığıyla namaz qıldı – FOTOLAR+VİDEO
Ramzan Kadırov iftarda Nurməhəmmədovun imamlığıyla namaz qıldı – FOTOLAR+VİDEO
13 May 2019 12:28 Dünya"UFC" turniri üzrə dünya çempionu, dağıstanlı məşhur döyüşçü Həbib Nurməhəmmədov Çeçenistan başçısı Ramzan Kadırovun Qroznıda təşkil etdiyi iftar süfrəsinə dəvətini qəbul edib.
Rusiya mediası xəbər ve3rir ki, çempion boş əllə gəlməyib. Həbib çeçen liderinə hədiyyə olaraq idman ayaqqabısı gətirib. R. Kadırov "VKontakte" şəbəkəsində belə yazıb: "Həbibdən mənə öncədən vəd etdiyi idman ayaqqabısını bir hədiyyə olaraq məmnuniyyətlə aldım".
Dağıstanlı qonaqla yanaşı, Kadırov "Əhməd" Çeçen döyüş klubu üzvləri və digər tanınmış idmançıları da dəvət edib. Birgə iftardan öncə Çeçenistan lideri və qonaqlar Həbib Nurməhəmmədovun imamlığıyla şam namazı qılıblar. (moderator.az)