“Vətəndaşların mənə yazdıqları…” - Qazaxıstan prezidentindən şok addım

“Vətəndaşların mənə yazdıqları…” - Qazaxıstan prezidentindən şok addım

Qazaxıstanın dövlət başçısı, prezidentliyə namizəd Qasım-Jomart Tokayev ölkəsində "Birgə" aksiyasının başladığını elan edib.

Tokayev aksiya çərçivəsində ölkə vətəndaşlarının Qazaxıstanın əsas problemləri barədə ona danışa biləcəklərini diqqətə çatdırıb.

O qeyd edib ki, iyun ayında keçiriləcək prezident seçkisində qalib gəlsə, vətəndaşların təkliflərini və istəklərini nəzərə alacaq:

"Prezidentliyə namizəd olaraq, ümumrespublika mitinqinə başladım. Qazaxıstanın hər bir vətəndaşı milli dövlət proqramının formalaşmasında iştirak edə bilər".

Tokayev "Birgə" aksiyasının Qazaxıstanın gələcəyinin vizası olduğunu bildirib və hər kəsi ölkənin inkişafı üçün öz təkliflərini verməyə çağırıb:

"Düşüncələriniz və arzularınız mənim seçki platformanın və gələcək fəaliyyət planımın əsasını təşkil edəcəkdir. Siz ən vacib hesab etdiyiniz məsələlərdən yaza bilərsiniz və bütün təklifləri diqqətlə öyrənəcəyik, analiz edəcəyik və sistemləşdirəcəyik".

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31