Rusiya yeni raket komplekslərini Sibirdə yerləşdirir
Rusiya yeni raket komplekslərini Sibirdə yerləşdirir
13 May 2019 12:04 DünyaRusiya özünün yeni S-350 Vityaz zenit raket sistemlərini Sibirdə yerləşdirəcək.
Bu məlumatı "İzvestiya" qəzeti yayıb. Məlumata görə, yeni sistemlər Krasnoyarsk vilayəti, Xakasiya Respublikası və Sibir regionundakı vacib obyektləri müdafiə edəcək.
Qeyd edək ki, S-350 Vityaz yeni nəsil zenit raket kompleksidir. Bu sistemlər 2019-cu ildə Rusiyanın silahlanmasına qəbul edilib və S-300PS sistemlərini əvəz edir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31