Daha bir “Superjet”də problem yaşandı: havada ikən…

Daha bir “Superjet”də problem yaşandı: havada ikən…

Mayın 5-də Moskvanın Şeremetyevo hava limanında "Sukhoi Superjet 100" tipli təyyarənin yanmasından sonra sözügedən markalı təyyarələr diqqət mərkəzinə düşüb.

Ötən gecə "Sukhoi Superjet 100"lərin təhlükəsizlik göstəricillərini sual altında qoyan daha iki hadisə yaşanıb.

Belə ki, Rusiyanın "Aeroflot" şirkətinin Moskva-Samara reysi ilə uçan "Sukhoi Superjet 100" təyyarəsi Şeremetyevo hava limanına geri dönüb. Saat 01:59-da səfərə çıxan təyyarə Novo-Petrovo yaşayış ərazisi üzərində olarkən nasazlıq səbəbindən geri qayıdıb və hava limanına eniş edib.

Ötən gecə həmçinin "Azimut" aviaşirkətinin Krasnodardan Çelyabinsk şəhərinə uçan eyni markalı təyyarəsində yaranan texniki nasazlığa görə səfər ləğv edilib. Təyyarə boşaldılıb, sərnişinlər analoji markalı digər bir təyyarə ilə yola salınıb.

Xatırladaq ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" şirkətinə məxsus "SSJ-100" təyyarəsində yanğın qeydə alınıb. Təyyarə geri qayıdıb, Şeremetyevo aeroportuna eniş edərkən yanğın bütün təyyarəni bürüyüb. Təyyarədə olan 78 nəfərdən 41-i həlak olub. Hadisədən sonra "Aeroflot" SSJ-100-lərin onlarla reysini təxirə salıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31