Məşhur rusiyalı aparıcının meyitini həyat yoldaşına vermədilər

Mayın 9-da Moskvada faciəli şəkildə həlak olmuş məşhur jurnalist və teleaparıcı Sergey Dorenkonun bu günə planlaşdırılmış dəfni baş tutmayacaq.

Mayın 9-da Moskvada faciəli şəkildə həlak olmuş məşhur jurnalist və teleaparıcı Sergey Dorenkonun bu günə planlaşdırılmış dəfni baş tutmayacaq.

Virtualaz.org "Qovorit Moskva" radiosuna istinadən xəbər verir ki, buna səbəb polisin Dorenkonun meyitini onun həyat yoldaşına verməkdən imtina etməsi olub.

Hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, Sergey Dorenkonun qızları atalarının zəhərlənə biləcəyindən şübhə etdiklərini deyiblər. Bu səbəbdən də meyitin təkrar məhkəmə-tibbi ekspertizasına təqdim olunmasına zərurət yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31