Netanyahu Qolanda Trampın adına qəsəbə saldırır

Netanyahu Qolanda Trampın adına qəsəbə saldırır

İsrail hökuməti Qolan yüksəkliklərində ABŞ Prezidenti Donald Trampın adını daşıyacaq qəsəbə salınması üçün ərazi seçib.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu danışıb.

"Mən söz vermişəm ki, biz Donald Trampın şərəfinə yaşayış bölgəsi inşa edəcəyik. Məlumat üçün deyim ki, artıq Qolanda qəsəbənin yerləşəcəyi yer seçilib", - Netanyahu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31