Litvada prezident seçkiləri keçirilir
Litvada prezident seçkiləri keçirilir
12 May 2019 15:15 DünyaLitvada yeddinci prezident seçkilərində bu gün yerli vaxtla saat 07:00-da təxminən 2 min seçki məntəqəsi açılıb. Bununla yanaşı ölkədə ikili vətəndaşlığın tətbiq edilməsi və deputatlar korpusunun 15% azaldılması ilə bağlı iki referendum keçirilir. Litvada 2.5 milyondan artıq vətəndaş səsvermə hüququna malikdir (ümumilikdə ölkədə 2,8 milyon insan yaşayır). Qeyd edək ki, Litvanın prezidenti postuna 9 namizəd var. Qələbə qazanmaq üçün namizəd 50% -dən çox səs toplamalıdır. Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31