ABŞ-da təyyarə qəzası: ölən var
ABŞ-ın Florida ştatında təyyarə qəzası baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Naples Deyli Nyus" informasiya yayıb.
Məlumata görə, təyyarə yaşayış evlərinə yaxın ərazidə qəzaya uğrayıb. Kiçik motorlu təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.
Faktla bağlı araşdırma başladılıb.