Türkmənbaşı baş nazirin müavinini cəzalandırdı
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.
11 May 2019 14:00 DünyaTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət verib.
Bu haqda "Neytral Türkmənistan" məlumat yayıb.
Töhmət Abdıyevanın bir sıra məmurlarına işinə lazımi səviyyədə nəzarət etməməsi ilə əlaqədar verilib. Abdıyeva mədəniyyət və KİV-lə bağlı məsələlərə nəzarət edir.
Məlumata görə, qeyd olunan sahələrdə nizam-intizam səviyyəsinin aşağı düşməsi Berdiməhəmmədovun diqqətindən yayınmayıb.
Bu arada Dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayberdiyevə isə sonuncu dəfə xəbərdar edilməklə şiddətli töhmət verilib.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31