Baxtadze Nur-Sultana gedir
Baxtadze Nur-Sultana gedir
11 May 2019 13:25 DünyaGürcüstanın Baş naziri Mamuka Baxtadze mayın 15-də Qazaxıstana səfər edəcək.
Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.
Səfər iki gün davam edəcək. Baxtadze Qazaxıstanda prezident Qasım Jomart Tokayev, Baş nazir Əsgər Mamin və Senatın sədri Dariqa Nazarbayeva ilə görüşəcək. O həmçinin Nur Sultandakı iqtisadi forumda da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31