"Hörümçək-adam"ın yaradıcısı öldü

"Hörümçək-adam"ın yaradıcısı öldü

Amerikalı ssenarist, "Oskar" və "Qızıl qlobus mükafatlarının sahibi Elvin Sarcent vəfat edib.

92 yaşında dünyasını dəyişən rejissor məşhur  "Hörümçək-adam" filminin ssenaristidir.

Məşhur rejissor Vaşinqtonda, Sietldəki evində ölüb. 

Ssenaristin ailəsi dəfn xərclərini güllərə yox, "Xərçəngə qarşı gəl" adlı yardım fonduna bağışlamalarını istəyib. 

Xatırladaq ki, E.Sarcent 1927-ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, "Qamma-şüaların qızçiçəklərinın davranışına təsiri" (1972), "Ağ saray" (1990), "Özgə pulları" (1991), "Boqus" (1996), "Vəfasız" (2002) kimi filmlərin, habelə rejissor Sem Reyminin "Hörümçək-adam" filminin ikinci və üçüncü hissələrinin (2004 və 2007), "Yeni Hörümçək-adam" (2012) filminin ssenari müəllifi olub.
E.Sarcent 1978-ci ildə "Culiya" (1977) və 1981-ci ildə "Adi insanlar" (1980) filmlərinə yazdığı ən yaxşı uyğunlaşdırılmış ssenarilərə görə "Oskar" mükafatlarına layiq görülüb, habelə "Kağız ay" (1973) filminin ssenarisinə görə "Oskar" mükafatına namizədliyi irəli sürülüb. 1979-cu ildə ona Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatı, 2005-ci ildə isə "Saturn" mükafatı təqdim edilib.

news24

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31