Şanxayda biodizellə işləyən avtobuslar istifadəyə verilib

Şanxayda biodizellə işləyən avtobuslar istifadəyə verilib

Şanxayın ən böyük avtobus şirkəti hesab edilən "Shanghai Jiushi" öz marşrut xətlərində xüsusi texnologiya üzrə emal edilmiş qida yağından əldə olunan biodizel yanacağı ilə işləyən avtobuslar istifadəyə verib.

Olaylar.az bildirir ki, ekoloji yanacaq hesab edilən biodizel yanacağı ilə işləyən 2 mindən çox avtobus Şanxayda marşrut xətlərinə çıxıblar.

Sözügedən avtobuslarda istifadə edilən B5 yanacağının 5%-i bitki yağının emalı nəticəsində əldə edilmiş biodizel, 95%-i isə adi dizel yanacağından ibarətdir. Emal üçün xammal kimi kanalizasiya borularına düşən yağ da istifadə edilə bilər.

Biodizel yanacağından istifadə edilməsinin zərərli maddələrin tullantılarını 10% azaltması sübut olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31