Bill Qeytsin həyat yoldaşı — Xoşbəxt ailənin sirri qabları yumaqdır
Bill Qeytsin həyat yoldaşı — Xoşbəxt ailənin sirri qabları yumaqdır
10 May 2019 18:57 Dünya"Microsoft" şirkətinin banisi Bill Qeytsin həyat yoldaşı Melinda xoşbəxt evliliyin sirrini açıqlayıb.
"Ölkə.Az" xəbər verir ki, xanım Qeyts kompüter mühəndisliyi fakultəsi məzunudur və üç uşaq anasıdır.
Melinda bildirib ki, əri Bill ilə birlikdə bəzən axşamlar çirkli qabları birlikdə yuyurlar. Onun fikrinə əsasən, bu, güclü evliliyin əsas faktorlarından biridir:
"Ailədə hər iki tərəf evdəki işləri bərabər paylaşmalıdırlar. Evi yığışdırmaq, paltarları sərmək, uşaqlara yemək hazırlamaq, onları məktəbə aparmaq hər iki valideynin borcudur".
Melinda "Microsoft"da min nəfərlik departamentin rəhbəri olanda hamilə qalır və dünyaya uşaq gətirən kimi işdən çıxıb evdə övladına baxmaq istəyini ərinə bildirib.
