Zelenskinin andiçmə mərasimi mayın 19-da keçirilə bilər

Zelenskinin andiçmə mərasimi mayın 19-da keçirilə bilər

Bu barədə Ukrayna parlamenti məlumat yayıb

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskinin mayın 19-da andiçməsi üçün parlamentə qanun layihəsi təqdim edilib.

Bu barədə Ukrayna parlamenti məlumat yayıb.

Ali Radanın deputatı Serge Mişenko mayın 3-də layihəni qanunverici orqana təqdim edib və qeydiyyata aldırıb.

Bir müddət əvvəl parlament sədirinin müavini İrina Gerşenko Vladimir Zelenskinin andiçmə mərasimi tarixinin parlamentin mayın 14-də keçiriləcək plenar iclasında təyin ediləcəyini bildirmişdi.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31