Bu sistem məlumatlarınızı min il saxlayacaq
Harvard Universitetinin mütəxəssisləri məlumatların orqanik molekullara yazılması və oradan oxunması sistemini hazırlayıblar.
3 May 2019 14:49 DünyaHarvard Universitetinin mütəxəssisləri məlumatların orqanik molekullara yazılması və oradan oxunması sistemini hazırlayıblar.
Olaylar.az bildirir ki, yeni sistem məlumatları min il saxlamağa imkan verəcək. Bioloqlar müxtəlif sayda aminturşularından ibarət olan oliqopeptidlərdən istifadə ediblər.
Bu məqsədlə 384 ədəd kiçikölçülü oyuqdan ibarət metal lövhədən istifadə edilib.
Sözügedən texnologiya məlumatları hələ ki saniyədə 8 bit sürətlə yazmağa, 20 bit sürətlə isə oxumağa imkan verir. Dəqiqlik 99,9% təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31