Bu ölkə qızıl alışına görə liderdir

2019-cu ilin birinci rübündə Rusiyanın Mərkəzi Bankı, ABŞ dollarından asılılığın azaldılması fonunda qızıl alışına görə liderlik edir. 

2019-cu ilin birinci rübündə Rusiyanın Mərkəzi Bankı, ABŞ dollarından asılılığın azaldılması fonunda qızıl alışına görə liderlik edir. 

Olaylar.az bildirir ki, bu məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC)  hesabatında qeyd edilib. 

Ölkələr birinci rübdə öz qızıl ehtiyatlarını 145,5 ton artırıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 68% çoxdur.

Ümumdünya Qızıl Şurasının verdiyi məlumata görə, Rusiya 2019-cu ilin birinci rübündə 55,3 ton qızıl alıb. Ölkənin qızıl ehtiyatlarının ümumi həcmi 2168 tondan çoxdur (bütün dünya ölkələrinin qızıl ehtiyatlarının 19%-i). 2018-ci ildə Rusiya 274,3 ton qızıl alıb.

Qeyd edilib ki, əsas alıcılar Qazaxıstan, Türkiyə və Hindistan ölkələri olmuşdur. Çin, Ekvador, Qatar və Kolumbiya da öz qızıl ehtiyatlarını artırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31