Baş nazir müğənniyə məktub yazdı: "Qaldığın otelə gəlmək istəyirəm" - FOTO

Baş nazirin tanınmış müğənninin fanatı olduğu aşkarlanıb.

İrlandiyanın baş naziri Leo Varadkarın Kayli Minoqa yazdığı məktub mətbuata sızıb.

Siyasətçi Kaylinin fanatı imiş və Dublin konsertindən əvvəl onunla görüşmək də istəyib, lakin konsert ləğv olunduğuna görə görüş baş tutmayıb.

Baş nazir özü, əllə yazdığı məktubla avstraliyalı müğənniyə heyran olduğunu qeyd edib.

"Hörmətli Kayli, Dublindəki konsertdən əvvəl sizə yazmaq istədim. Həqiqətən, səbrsizlikdə gözləyirəm. Böyük fanatınızam. Bildiyimə görə, Merrion oteldə qalırsınız. Ora mənim ofisimə yaxındır. Əgər istəsəniz, şəxsən "İrlandiyaya xoş gəldiniz" demək istəyirəm", - məktubda yazılıb.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31