İran və "Qazprom" Rusiya qazının tədarükü üzrə marşrut və qiymət mexanizmlərini müzakirə edir – ÖZƏL
14:18 İqtisadiyyatOlaylar.az xəbər verir ki, İranın milli qaz şirkətinin (NIGC) rəhbəri Səid Təvəkkoli bəyan edib ki, NIGC və Rusiyanın "Qazprom" şirkəti Rusiya qazının İrana nəqli üçün kəmərin marşrutunu və qiymətəmələgəlmə mexanizmlərini müzakirə edir. O bildirib ki, 2024-cü ildə imzalanmış strateji memorandum üzrə demək olar ki, bütün razılaşmalar yerinə yetirilib və yalnız bu bir neçə texniki məsələ həll olunduqdan sonra proses yekunlaşacaq.
Təvəkkoli İranın əlverişli coğrafi mövqeyə malik olduğunu və Cənubi Qafqazla Fars körfəzi ölkələrini bir-birinə bağlaya biləcəyini vurğulayıb. Məlumata görə, Moskva və Tehran Qətər və Türkmənistanın da iştirakı ilə enerjidaşıyıcılar habının yaradılması, İranın şimalına svop tədarükləri və ölkənin cənubunda qaz ticarəti elektron platformasının təşkili imkanlarını da nəzərdən keçirirlər.