Məşhur müğənnini ölümlə hədələdilər - FOTO
2 Aprel 2019 14:52 DünyaMüğənni Tuğba Yurt keçmiş sevgilisi Okan Genç tərəfindən ölümlə təhdid edilib.
Sənətçi 3 il birlikdə yaşadığı, eyni zamanda menecerliyini də edən Okan Gençdən yanvarda ayrılıb. Ayrılığı qəbullanmayan Genç sənətçinin konsert səbəbi ilə İstanbulda olmadığını öyrənib.
Bundan sonra Genç Tuğbanın qaldığı otelə zəng vuraraq, ona hədə-qorxu gəlib, bıçaq şəkli göndərərək "Qapının qabağında, hava limanında, təyyarədə, səhnədə harda tapsam səni öldürəcəm" deyib.
Tuğba bu mesajdan sonra konserti 10 nəfərlik mühafizə komandası ilə bitirmək məcburiyyətində qalıb. Ardından məhkəməyə müraciət edərək Gençdən şikayətçi olub.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31