Gürcüstan parlamentində dava düşdü
18 Mart 2019 14:15 DünyaGürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin iclasında fiziki qarşıdurma baş verib.
İclas zamanı Avropalı Gürcüstan Partiyasından olan deputat Otar Kaxidze və çoxluq üzvü İrakli Beraya arasında mübahisə yaranıb.
O.Kaxidze İ.Berayaya vərəqələr atıb. Yaranmış vəziyyətə nəzarətçilər müdaxilə ediblər.
Hüquqi məsələlər üzrə komitənin iclasında çoxluğun hakimlərin seçilməsi qaydalarına dair qanun layihəsi müzakirə olunur.
Deputatlar arasında mübahiaəyə məsələyə baxılma proseduru səbəb olub.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31