Trampın çaldığına oynamayın – Prezidentdən çağırış

Avropa siyasətçiləri ABŞ-la fikir ayrılıqları olan məsələlərdə ABŞ Prezidenti Donald Trampın çaldığı havaya oynamamalıdılar.

Bu sözləri Avstriya Prezidenti Aleksandr Van Der Bellen deyib.

Tramp dünya nəhəngi ilə görüşü təxirə salır

İranla nüvə müqaviləsi barədə danışan prezident ABŞ-ın müqaviləni pozduğunu, daha sonra isə sanksiya təhdidləri ilə Avropa şirkətlərinə İranla ticarəti qadağan etdiyini bildirib.

"Mənə görə, bu artıq həddi aşmaqdır. Avropalılar Trampın çaldığı havaya oynamamalıdır", - prezident söyləyib.

Prezidentin fikrincə, Avropa bir sıra məsələlərdə öz mövqeyində təkid etməyi bacarmalıdır.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31