“Mercedes-Benz” 95 min avtomobili geri çağırır
18 Mart 2019 13:33 DünyaAlmaniyanın məşhur istehsalçısı "Mercedes-Benz" Çin bazarında satığı 95 min avtomobili geri çağırır.
Olaylar.az bildirir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasında məlumat yayılıb.
Avtomobillərin geri çağırılmasına səbəb, sükan nasazlığıdır. Bu avtomobillər, "Mercedes-Benz"in Pekindəki müştərək müəssisəsində 2016-cı ilin oktyabrından 2018-ci ilin aprelinədək olan müddətdə istehsal olunan "E" və "GLC" sinif nəqliyyat vasitələridir.
İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31