Pilotsuz avtomobillərin seriya ilə istehsalına başlanacaq
18 Mart 2019 13:29 DünyaAlmaniyanın "Daimler" avtomobil konserni yaxın gələcəkdə pilotsuz avtomobillərin seriya ilə istehsalına başlamaq niyyətində olduğunu bəyan edib.
Olaylar.az bildirir ki, bu barədə "Аutomobilwoche" saytında məlumat yayılıb.
Beləki, konsernin pilotsuz idarəetmə şöbəsinin rəhbəri Maykl Hafner şirkətin 2021-ci ildən etibarən robotlaşdırılmış taksi avtomobilləri istehsalına başlamağı planlaşdırdığını bildirib. Əsasən Almaniyanın daxili bazarı, sonra Amerika, gələcəkdə isə Çin bazarı üçün ilk mərhələdə 10 min belə avtomobil buraxılacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, yerüstü pilotsuz avtomobillərin sınaqları Kaliforniyada keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31