Prezident nazirləri istefaya çağırdı

" Venesuela prezidenti Nikolas Maduro hökumətin yenidən qurulması üçün nazirləri istefaya çağırıb.

Olaylar.az bildirir ki, bu barədə ölkənin vitse-prezidenti Delsi Rodriqes "Twitter" hesabında yazıb.

Qeyd edək ki, yanvarın 23-də müxalifət lideri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan etdiyi gündən etibarən ölkədə gərginlik yaşanır. Quaydonu ABŞ daxil olmaqla 60-dan çox ölkə dəstəkləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31