Ermənistanda növbəti etiraz aksiyası
18 Mart 2019 12:08 Dünya"Bunun dövlətə xeyiri olacağını düşünmürük".
Ermənistanda qazlı içkilərin istehsalı ilə məşğul olan sahibkarlar martın 18-də Yerevanda hökumət binasının qarşısında etriraz aksiyası keçiriblər.
İş adamları ölkənin Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərə etiraz edirlər.
Aksiya iştirakçıları bildiriblər ki, verginin artırılması nəticəsində məşğul işlədikləri sahə məhv olacaq: "Bu sektordakı kiçik və orta sahibkarlıq müflisləşəcək. Bunun dövlətə xeyiri olacağını düşünmürük. Bu daha çox bəzi qrupların mənafeyinə xidmət edəcək. Ona görə də bu addım atılıb".
Qeyd edək ki, martın 11-də də Ermənistan paytaxtı Yerevanda qazlı içkilər istehsal edən şirkətlərin nümayəndələri hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.(report.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31