Suriyada intiharçı qadınlar özlərini partladıb: ölən və yaralanan var
16 Mart 2019 07:58 DünyaSuriyanın Əl-Baquz yaşayış məntəqəsində üç intiharçı qadın özünü partladıb.
Trend-in məlumatına görə, bunu "Reuters" agentliyi "Suriya Demokratik Qüvvələri"nin silahlı birləşmələrinin nümayəndələrinə istinadən bildirib.
Qeyd olunur ki, terror aktı SDQ-nin təqdim etdiyi təhlükəsiz dəhlizlə Əl-Baquzu tərk edən dinc sakinlər və təslim olan terrorçuların toplanma məntəqəsində törədilib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31