Mayor Zöhrab Kərimov Suriyada öldürüldü - ŞOK TƏFƏRRÜAT

Suriyada Rusiya zabitləri həlak olub.

Publika.az xəbər verir ki, bu haqda BBC-nin rus xidməti bir rus zabitin qohumuna istinadən bildirib.

Məlumata görə, Deyr-ez-Zor əyalətinin Al-Mayadin şəhərinin yaxınlığında Rusiya hərbi qulluqçularının olduğu UAZ markalı avtomobil döyüşçülərin pusqusuna düşüb. Avtomobildə mayor Söhrab Kərimov və iki polkovnik var idi. Hadisə fevralın 22-də baş verib.

Kərimovun valideynlərinə hadisə barədə məlumat verilib və dezoksiribinuklein turşusunun analizinin təslim edilməsi üçün onlar Burdenko adına hərbi hospitala dəvət edilib. Lakin testin nəticələrinə görə nümunələr üst-üstə düşməyib.

"Tezliklə, Kərimovun xəbərsiz itməsinin bir ayı olacaq", - BBC-nin mənbəyi bildirib.

Həlak olan digər iki zabitin adları açıqlanmır. "Lenta.ru" informasiyanı dəqiqləşdirmək istəsə də, Rusiyanın Müdafiə Nazirliyi sorğuya cavab verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31