Rusiyada FTX əməkdaşına rüşvət verən azərbaycanlı tutuldu
15 Mart 2019 16:48 DünyaRusiyanın Perm diyarının Beryozniki rayonunda 29 yaşlı Azərbaycan vətəndaşı rüşvət verdiyinə görə bir il yarım azadlıqdan məhrum edilib, 150 min rubl məbləğində (dörd min manat - red.) cərimələnib.
Bu barədə Perm prokurorluğu məlumat yayıb.
Azərbaycanlı müttəhimin 2018-ci ilin noyabr ayında saxlanıldığı bildirilir. Yoxlanış zamanı üzərində Rusiya ərazisində yaşamağa icazə verən heç bir sənəd olmayıb. Ondan polis şöbəsinə keçməsini xahiş ediblər.
Yolda azərbaycanlı Federal Təhlükəsizlik Xidməti İdarəsinin əməkdaşına sərbəst buraxılması müqabilində 30 min rubl (təxminən 800 manat - red.) məbləğində rüşvət verib.
Qanunsuz hərəkətin qarşısı dərhal alınıb və o saxlanılıb.
yenimusavat
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31